Modern.az

Stüardessanın qardaşı: “Hələ müəyyən edə bilməyiblər”

Stüardessanın qardaşı: “Hələ müəyyən edə bilməyiblər”

Aktual

25 Dekabr 2024, 20:55

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.

 

Modern.az xəbər verir ki, təyyarənin hər iki pilotu - İqor Kşnyakin və Kalyaninov Aleksand həlak olublar. Həmçinin stüardessalardan biri Əliyeva Hökümənin də adı sağ qalanlar arasında yoxdur.

 

Ə.Hökümənin qardaşı Coşqun Nəsibli “Unikal.az”a bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan analiz götürülüb: “Prokurorluqdan gəlirəm, məndən DNT analizi götürdülər. Yəqin vəziyyət pisdir, hələ müəyyən edə bilməyiblər”.

 

Stüard Əsədov Zülfüqar və stüardessa Rəhimli Aydan isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

 

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu