Modern.az

Əcnəbilərdən onlayn yolla narkotik alan şəxs saxlanıldı

Əcnəbilərdən onlayn yolla narkotik alan şəxs saxlanıldı

Aktual

26 Dekabr 2024, 08:40

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik alan Tərlan Quliyev rayonun Atbulaq kəndi ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, adıçəkilən şəxsin üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın olan marixuana, heroin və tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu