Modern.az

Həlak olan bacı-qardaşın valideynləri də vəfat edibmiş - FOTO (YENİLƏNİB)

Həlak olan bacı-qardaşın valideynləri də vəfat edibmiş - FOTO (YENİLƏNİB)

26 Dekabr 2024, 16:10

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan bacı-qardaşların ata-anaları vəfat edib.

Modern.az həlak olan 2005-ci il təvəllüdlü Xədicə Əlimirzəyevin fotosunu təqdim edir:

***

AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakinidir.

Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.

Modern.az-ın məlumatına görə, vəfat edən bacı-qardaşın valideynləri olmayıb.

Məlumata görə, gənclərin ataları Mirzəbəy Əlimirzəyev 8 il əvvəl Rusiyada baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Bacı-qardaş hadisədən bir müddət əvvəl Türkiyəyə getməyi planlaşdırıblar. Onların niyə Qroznıya yola düşdüyü məlum deyil.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu