Modern.az

Müsəlman Ağsaqqalları Şurası İlham Əliyevə başsağlığı verdi

Müsəlman Ağsaqqalları Şurası İlham Əliyevə başsağlığı verdi

Aktual

26 Dekabr 2024, 10:13

Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz Uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik", - məlumatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu