Modern.az

Xankəndidə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb - FOTO

Xankəndidə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb - FOTO

Aktual

26 Dekabr 2024, 12:06

"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub.

Modern.az xəbər verir ki, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Dövlət bayraqları yarıyadək endirilib. 

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL)  məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Təyyarə qəzasında həyatını itirmiş insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?