Modern.az

Benzinin bahalaşması maşın bazarına təsir edib - “O avtomobillərə tələbat artmayacaq” - Ekspert

Benzinin bahalaşması maşın bazarına təsir edib - “O avtomobillərə tələbat artmayacaq” - Ekspert

9 Yanvar 2014, 10:43

“Yeni avtomobillərin qiymətində heç bir fərq yoxdur. Təkrar avtomobil bazarında isə qiymətlərin nisbi azalması müşahidə edilir. Bazarda daha çox passivliklə xarakterizə olunan bir mövsümdür. Bu passivlik fevralın sonuna qədər davam edəcək. Yanacağın qiymətinin artımı və bu istiqamətdə şayiələrin, qeyri-rəsmi müzakirələrin davam etməsi ilə əlaqədar olaraq maşın bazarında qiymətlərin nisbi azalması müşahidə olunur“.

Bunu Modern.az saytına açıqlamasında mütəmadi olaraq avtomobil bazarında monitorinq keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib.

“Orta statistik hesablamaya görə, sürücü gün ərzində (iş və ev arası) təxminən 6 litr yanacaq işlədir. Yanacağın gündəlik xərci əvvəl 3 manat 30 qəpik – 3 manat 50 qəpiyə başa gəlirdisə, indiki halda bu rəqəm 4 manat 20 qəpik – 4 manat 80 qəpik arasında dəyişir. Aradakı fərq təxminən Aİ 92-Aİ 93-də 1 manat, Aİ 95-də 1 manat 50 qəpik civarındadır. Bunun hesabatını aparsaq, aya təxminən 30-45 manat arasında fərq yarandığını görərik. Bu adi sürücü üçün böyük rəqəm deyil. Lakin ictimai nəqliyyat, yükdaşıma ilə məşğul olan, eyni zamanda sərnişindaşıma və transferi həyata keçirən şirkətlər üçün xeyli əlavə xərc yaradır. Onlarda artım olması labüddür”, – deyə R.Osmanlı qeyd edib.
O, əlavə edib ki, yanacaq artımı mühərrik həcmi kiçik olan, daha az benzin tutumlu avtomobillərin satışına müsbət təsir edəcək.

“Mühərrik həcmi böyük olan avtomobillərin satışında problemlər yaranacaq. Amma bu ehtimalları da məqbul hesab etmirəm. Artım yanacaq sərfiyyatında gün ərzində təxminən, maksimum dərəcədə 5 manat fərq yarada bilər. Aylıq hesabata çevirsək, bu 150 manat deməkdir. Avtomobilə 60-70 min manat verən vətəndaş, sahibkar üçün bu elə də böyük bir məbləğ deyil. Eyni zamanda, orta statistik azərbaycanlının psixologiyasını da nəzərə alıb təhlil irəli sürəsi olsaq, zövq məsləəsi hələ də öz mahiyyətini qoruyub saxlayır. Düşünmürəm ki, Azərbaycan bazarında mühərriki azhəcmli avromobillərin sayı artsın. Bu ehtimallar həddən artıq aşağıdır. Yəni bazarda ciddi bir dəyişiklik olmayacaq”.


Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi