Modern.az

Xocalıda qəzada həlak olanların xatirəsi anılıb

Xocalıda qəzada həlak olanların xatirəsi anılıb

26 Dekabr 2024, 13:28

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisinə görə Azərbaycanda matəm günüdür.

Modern.az xəbər verir ki, təyyarə qəzasında həlak olanların xatirəsi işğaldan azad edilən Xocalı rayonunda saat 12:00-da bir dəqiqəlik sükutla anılıb.

Ölkənin bütün ərazisində olduğu kimi, işğaldan azad olunmuş bütün torpaqlarımızda eləcə də Xocalı da nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi