Modern.az

Britaniya səfirliyində bayraq endirildi

Britaniya səfirliyində bayraq endirildi

26 Dekabr 2024, 14:02

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə matəm elan olunması ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Bu gün Azərbaycanda matəm gününə səmimi hörmət əlaməti olaraq və təyyarə qəzasında həlak olanların xatirəsinə Böyük Britaniyanın Bakıdakı səfirliyindəki bayraq yarıya qədər endirilib", - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi