Modern.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

İqtisadiyyat

26 Dekabr 2024, 15:30

Türkiyə Mərkəzi Bankı dekabrın 26-da (TCMB) uçot dərəcəsini 2,5 faiz bəndi azaldaraq 50 %-dən 47,5 %-ə endirib.

Modern.az bu barədə TCMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, ilkin məlumatlar dekabrda inflyasiya ilə bağlı əsas tendensiyanın azalmasına işarə edir. Son rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiyanın azalmasına dəstək verən səviyyədə olduğunu göstərir. Bununla belə risk faktorları qalmaqdadır.

Xatırladaq ki, TCMB bu son 8 iclasında uçot dərəcəsini 50 % səviyyəsində saxlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər