Modern.az

ABŞ səfirliyində bayraqlar yarıya endirildi

ABŞ səfirliyində bayraqlar yarıya endirildi

26 Dekabr 2024, 16:38

ABŞ səfirliyində Azərbaycanda matəm günü ilə əlaqədar bayraqlar yarıya endirilib.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”, - Səfir Libby qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi