Modern.az

Deputatdan təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı

Deputatdan təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı

Parlament

26 Dekabr 2024, 19:43

Milli Məclisin deputatı Mahir Süleymanlı Qazaxıstanın Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş verən faciə hər birimizi dərindən sarsıtdı. Bu ağır hadisənin təsirləri ilə əlaqədar olaraq, ölkədə bir günlük matəm elan edildi və bütün diqqət qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması, zərərçəkənlərə dəstək göstərilməsinə yönəldildi.

Bu dəhşətli hadisədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzu edirəm. Belə faciələrlə bir daha üzləşməməyi, xalqımızın daim təhlükəsiz və əmin-amanlıq içində yaşamasını ümid edirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər