Modern.az

Türkiyəli nazir: "Bakı ilə əməkdaşlığa hazırıq"

Türkiyəli nazir: "Bakı ilə əməkdaşlığa hazırıq"

Aktual

26 Dekabr 2024, 21:56

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu "Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması məsələsində Ankaranın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, Ə.Uraloğlu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə telefon danışığında AZAL-ın təyyarəsində baş vermiş qəza ilə bağlı müzakirə aparıb.

 

Türkiyəli nazir Ankaranın bu məsələdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri də sosial şəbəkələrdə Azərbaycan və Qazaxıstana verdiyi başsağlığı mesajını paylaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...