Modern.az

Həmin təyyarədəki yalnız Azərbaycan vətəndaşlarına kompensasiya veriləcək? - Rəsmi AÇIQLAMA

Həmin təyyarədəki yalnız Azərbaycan vətəndaşlarına kompensasiya veriləcək? - Rəsmi AÇIQLAMA

28 Dekabr 2024, 13:07

Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, onlar arasında Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları var.

AZAL qəzaya uğrayan “Embraer 190” təyyarəsinə kənar müdaxilə olduğunu bəyan edib.

QSC-nin Müşahidə Şurasının qərarı ilə təyyarədə olan və xəsarət alanların hər birinə 20.min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Mətbuatda və sosial şəbəkələrdə kompensasiyanın yalnız Azərbaycan vətəndaşlarına veriləcəyi barədə iddialar yayılıb.

Modern.az iddialarla bağlı AZAL ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, qəzada həlak olan şəxslərin hər birinin ailəsinə hansı ölkənin vətəndaşı olmaqlarından asılı olmadan nəzərdə tutulan kompensasiya ödəniləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu