Cənubi Koreya Respublikasının parlamenti ölkə prezidentinin səlahiyyətlərini icra edən baş nazir Han Dok Suya qarşı impiçment elan edib.
Modern.az xəbər verir ki, bunu Milli Assambleyanın spikeri Vu Von-sik deyib.
192 deputat bu ssenarinin lehinə çıxış edib. İmpiçment üçün deputatların azı 151 səsi lazım idi.
Hakim partiyadan olan deputatlar səsverməni boykot ediblər.