Modern.az

Milli Məclisə smartfon tipli telefonla girişə məhdudiyyət qoyuldu

Milli Məclisə smartfon tipli telefonla girişə məhdudiyyət qoyuldu

Parlament

9 Yanvar 2014, 12:33

Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olundu. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun Modern.az saytına verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil teleonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər. 

“Bu, Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan telefonları binaya daxil olarkən girişdə qoyacaqlar. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.

Belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirdi ki, prosesi yerinə yetirmək üçün hər bir şərait var.

Gültəkin ƏLƏSGƏR    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...