Modern.az

Ermənistan ordusunda qeyri-döyüş itkiləri: bu il 34 nəfər

Ermənistan ordusunda qeyri-döyüş itkiləri: bu il 34 nəfər

Aktual

27 Dekabr 2024, 12:50

Ermənistan ordusunda itkilər artır. Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin yazısında bildirilib. İddiaya görə, orduda itkilər demək olar ki, hər ay və ya hər həftə qeydə alınır və artıq adi hala çevrilib

“İstintaq Komitəsi orduda "açıqlanmayan şəraitdə" itkilər olduğunu bildirir. Ya intihar edirlər, ya da bəzi məişət münaqişələri zəminində bir-birlərini öldürürlər, lakin bu işin ən dəhşətli tərəfi odur ki, günahkarlar məsuliyyətə cəlb edilmir, heç kim orduda nizam-intizam yaratmağa çalışmır”, - qəzet yazıb.

“Hraparak” 2024-cü il ərzində orduda qeyri-döyüş şəraitində baş verən əsgər ölümlərinin sayını da açıqlayıb: 11 ayı ərzində 34 hadisə. Otən il ordudakı itkilər 64 nəfər olub.

Ədliyyə general-mayoru Tatul Petrosyan deyib ki, Ermənistan ordusunda intiharlarla yanaşı, əsgərlərin xəstəlikdən ölməsi halları da var.

“Ciddi tibbi müayinələrdən keçən 18-20 yaşlı gənc müayinə olunur və sonda hər şey hərbi komissiya tərəfindən təsdiqlənir. Birdən məlum olur ki, 19 yaşlı oğlan orduda infarkt keçirib və vəfat edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi