Modern.az

Baş nazir Qazaxıstan səfirliyinin matəm kitabına ürək sözlərini yazdı - FOTO

Baş nazir Qazaxıstan səfirliyinin matəm kitabına ürək sözlərini yazdı - FOTO

Aktual

27 Dekabr 2024, 13:17

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Əli Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.

Əli Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə və həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə etdilər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.

Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu