Modern.az

“Embraer”in nümayəndələri Aktauaya gəldilər

“Embraer”in nümayəndələri Aktauaya gəldilər

Aktual

27 Dekabr 2024, 14:20

“Embraer” şirkətinin nümayəndələri “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması faktını araşdırmaq üçün Aktau şəhərinə gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Təyyarə istehsalçısı "Embraer" şirkətinin xüsusi nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər. İstintaq komissiyası qəza yerinə gedib və görüləcək işləri müəyyənləşdirib", - deyə Nazirlikdən bildirilib.

Eyni zamanda, qeyd edilib ki, yaxın günlərdə CENIPA (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi) nümayəndələrinin Qazaxıstana gəlişi gözlənilir.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu