Modern.az

41 yaşlı qadın dəm qazından ÖLDÜ

41 yaşlı qadın dəm qazından ÖLDÜ

27 Dekabr 2024, 19:40

Lənkəranda hamam otağında huşsuz tapılan qadın ölüb.

 

Modern.az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib.

 

Kənd sakini 1983-cü il təvəllüdlü X. Səfərovanın hamam otağında halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hamam otağını qızdırmaq üçün kömürdən istifadə edildiyi, kömürdən ayrılan dəm qazının onun ölümünə səbəb olduğu bildirilir.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU