Bakıya məcburi eniş edən Dubay-Moskva təyyarəsində qeyri-etik davranışlar sərgiləyən sərnişin Roman Paxomovun görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, kadrları "BAZA" kanalı paylaşıb.
Bildirilir ki, R.Paxomov kabinəyə girəndə ayıq və sakit olub. Sonradan məlum olub ki, o, özü ilə spirtli içki gətirib və uçuş zamanı içib.
Şahidlərin sözlərinə görə, bundan sonra o qışqırıb, işçiləri təpikləyib. Paxomovu saxlamaq mümkün olsa da, dopinq təsiri altında olan təxribatçı plastik qandalları və yapışqan lenti qırıb, bundan sonra əlləri ilə illüminatoru döyəcləməyə başlayıb.
Nəticədə pilotlar təyyarəni Bakıda yerə endirməyi qərara alıblar.
Roman özünə gələndə heç nəyi xatırlamadığını etiraf edib.
***
10:54
Dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.