Modern.az

Əsəd Türkiyə ilə danışıqlar aparmaq tövsiyəmi qəbul etmədi - Arakçi

Əsəd Türkiyə ilə danışıqlar aparmaq tövsiyəmi qəbul etmədi - Arakçi

Aktual

28 Dekabr 2024, 10:57

İranın xarici işlər naziri Abbas Arakçi Misirdə çıxan “Al Ghad” qəzetinə verdiyi açıqlamada regiondakı  mövcud hadisələri dəyərləndirib.

Modern.az xəbər verir ki, Abbas Arakçi İsrailin bölgəyə hərbi hücumlarına sərt reaksiya verib.

“Astana prosesi çərçivəsində biz Suriya tərəfinə öz xalqı və siyasi müxalifət qrupları ilə necə qarşılıqlı əlaqədə olmaq barədə məsləhətlər verirdik, lakin Dəməşq hökuməti müstəqil idi, İran və ya Rusiyanın nəzarəti altında deyildi", - Arakçı bildirib.

Türkiyə-Suriya arasında normallaşma danışıqları prosesinə toxunan nazir deyib:

“Dəfələrlə Bəşər Əsədə Türkiyə ilə danışıqlara başlamağı tövsiyə etdim, amma o, qəbul etmədi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu