“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər ediləcək.
Modern.az xəbər verir ki, layihə parlpamentin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qeyd edək ki, qanunun 4-cü bəndinə dəyişiklik edilib. Belə ki, bundan əvvəl qanunun 4.0.6-cı bəndinə görə dövlətin vəzifəsinə məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini tənzimləmək aid edilirdi. Dəyişikliklə bundan sonra dövlətin vəzifəsinə dövlət və bələdiyyə tərəfindən yaradılan məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini tənzimləmək aid ediləcək.