Modern.az

Putindən miqrantlara daha bir QADAĞA

Putindən miqrantlara daha bir QADAĞA

Dünya

28 Dekabr 2024, 14:38

Rusiyada miqrant uşaqlarının rus dili bilikləri olmadan məktəbə qəbulu qadağan edilib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, dekabrın 11-sə Rusiya Dövlət Dumasında rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinə baxılıb. Duma rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib. Qanun lehinə 409 deputat, əleyhinə isə bir deputat səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi