Modern.az

Kürdəmirdəki qəzada ölən gənc tələbə imiş - FOTO

Kürdəmirdəki qəzada ölən gənc tələbə imiş - FOTO

28 Dekabr 2024, 16:08

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Qazax əsas magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib. Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində “VAZ – 2107” markalı avtomobil “Ford” markalı mikroavtobusa çırpılıb. 

Qəza zamanı Samir Hüseynli hadisə yerində həyatını itirib.

Modern.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü Samir Hüseynli İmişli rayon sakinidir.

O, UNEC-in Zaqatala filialının IV kurs tələbəsidir.

Qəza zamanı Samirin qardaşı 2009-cu il təvəllüdlü Eynulla Hüseynli müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

1407039

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU