Modern.az

Bu xəstəxanaya yeni direktor TƏYİN EDİLDİ

Bu xəstəxanaya yeni direktor TƏYİN EDİLDİ

Ölkə

28 Dekabr 2024, 16:20

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Modern.az-ın məlumatına görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Afiq Fərruxova həvalə olunub.

24.12.2024-cü il tarixində TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov Afiq Fərruxovu kollektivə təqdim edib.

Afiq Fərruxov 1964-cü ildə doğulub.

O, 1985-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.

1991-2024-cü illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında anestezioloq-reanmatoloq kimi fəaliyyət göstərib.

2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi