Modern.az

Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu verildi

Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu verildi

28 Dekabr 2024, 16:48

1990-cı illərdən etibarən Türkiyə Respublikasına köçmüş və hazırda orada yaşayan Azərbaycan Respublikası vətəndaşı olması ehtimal olunan şəxslər, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş şəxslərin ailə üzvləri ilə bağlı müvafiq iş davam etdirilib.

Modern.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Qeyd edilib ki, digər tədbirlərlə yanaşı, müvafiq müraciətlər əsasında 3567 ədəd ümumvətəndaş pasportu çap olunub, onlardan 3461-i vətəndaşlara təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu