Rusiyanın “İzvestiya” telekanalının redaktoru Maksim Yeliseyev Ukraynadakı müharibə zonasında ölüb.
Modern.az xəbər verir ki, bu barədə dekabrın 28-də “İzvestiya” Beynəlxalq Araşdırmalar Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Yeliseyev 2022-ci ilin payızında peşə fəaliyyətini tərk edərək, könüllü cəbhəyə gedib.
O, 2024-cü il dekabrın 26-da döyüş bölgəsində həlak olub.