Modern.az

Baş məşqçi istefaya göndərilir

Baş məşqçi istefaya göndərilir

İdman

29 Dekabr 2024, 10:55

İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi Ange Postekoqlu qovulma təhlükəsi ilə üz-üzədir.

Modern.az  xarici mətbuata istinadən xəbər verir ki, London klubu Liqa Kubokunun yarımfinal mərhələsində “Liverpul” səddini keçə bilməsə, yunanəsilli avstraliyalı mütəxəssislə yollar ayrılacaq.

Paytaxt təmsilçisi 59 yaşlı çalışdırıcının rəhbərliyi altında Premyer Liqada keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Komanda turnir cədvəlində 23 xala 12-ci pillədə qərarlaşıb. Rəhbərlik hazırkı durumdan məmnun deyil.

Qeyd edək ki, “Tottenhem” Liqa Kubokunda “Liverpul”la ilk matçını yanvarın 8-də evdə, cavab oyununu isə fevralın 6-da səfərdə keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama