Modern.az

17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəldi

17 beynəlxalq ekspert təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəldi

29 Dekabr 2024, 11:27

Aktauda Bakı-Qroznı təyyarəsi qəzaya uğrayıb. ICAO nümayəndəsi Qazaxıstana gəlib

Bakı-Qroznı reysilə uçan təyyarənin Aktauda qəzaya uğraması və 38 nəfərin ölümü ilə nəticələnən hadisəni araşdırmaq üçün 17 beynəlxalq ekspert Qazaxıstana gəlib.

Modern.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” saytının məlumatında bildirilib.

Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirlib ki, dekabrın 29-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibinin tapşırığı ilə akkreditə olunmuş müşahidəçi, aviasiya qəzasının təhqiqat bölməsinin rəhbəri Tormodur Tormodson Aktau şəhərinə gəlib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı (Azərbaycan) - Qroznı (Rusiya) marşrutu üzrə uçan sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub:

42 Azərbaycan vətəndaşı;

16 Rusiya vətəndaşı;

6 Qazaxıstan vətəndaşı;

3 Qırğızıstan vətəndaşı.

Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Sağ qalanlar arasında Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları var. Qazaxıstanlılar arasında sağ qalan yoxdur.

Hadisəni araşdıran komissiyanın işinə Azərbaycandan da 6 nəfər ekspert cəlb olunub. İstehsalçı şirkətdən (“Embraer” - Braziliya) 2 nəfər, Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən 3 mütəxəssis və Rusiya Federasiyasından 3 nəfər hadisə yerində işləyir.

Aviasiya qəzasını araşdıran komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu