Bəzi bələdiyyə üzvlüyünə namizədlərin seçki komissiyalarının üzvləri ilə qohumluq əlaqələri var.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, buna görə də həmin komissiya üzvünün fəaliyyətinin dayandırılması, ya da fəaliyyətinə müvəqqəti xitam verilməsi məsələsi meydana çıxır: “Seçkilərin yekunlarına qədər bu cür komissiya üzvlərinin fəaliyyətinə müvəqqəti xitam verilməlidir”.