Modern.az

Ukrayna Milli Qəhrəmanımızın adını əbədiləşdirəcək

Ukrayna Milli Qəhrəmanımızın adını əbədiləşdirəcək

29 Dekabr 2024, 20:55

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy “X” hesabında məlumat verib.

 

“Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.

 

Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu