Modern.az

Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi

Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi

29 Dekabr 2024, 21:34

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Şəmkir sakini dəfn olunub.

 

Modern.az xəbər verir ki, Aktauda təyyarə qəzasında həlak olan Ramin İbrahimovla vida mərasimi keçirilib.

 

Mərasimdən sonra R. İbrahimovun nəşi Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.

 

Dəfn mərasimində mərhumun ailə üzvləri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi