Modern.az

Faciəyə görə məsuliyyət daşıyanlar layiqli cəzalarını alacaqlar - Millət vəkili

Faciəyə görə məsuliyyət daşıyanlar layiqli cəzalarını alacaqlar - Millət vəkili

29 Dekabr 2024, 15:40

Prezident İlham Əliyevin Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması və qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı faktına münasibətdə sərgilədiyi mövqe dövlətimizin başçının ölkəmizin maraqları, nüfuzu və qüruru, eləcə də vətəndaşlarımızın təhlükəsizliyi, hüquqlarının və mənafelərinin qorunması üçün nümayiş etdirdiyi ənənəvi qətiyyətli mövqenin tərkib hissəsi və davamı kimi qiymətləndirilməlidir.


Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib. 


Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe bir daha göstərir ki, Azərbaycan dövlətinin əsas prioriteti vətəndaşların hüquq və təhlükəsizliyinin qorunması, eləcə də milli maraqlarımızın təmin edilməsidir:

“Hadisənin baş verdiyi ilk andan etibarən operativ tədbirlərin görülməsi, Dövlət Komissiyasının yaradılması və beynəlxalq ekspertlərin iştirakını təmin etməklə obyektiv araşdırmanın aparılması üçün verilən göstərişlər yaranmış vəziyyətə sistemli, prinsipial və yalnız ölkəmizin suveren hüquqlarından çıxış edilərək yanaşılmasının göstəricisidir.
Prezident İlham Əliyevin tələbi ilə məsuliyyətin etiraf edilməsi və üzr istənilməsi, həmçinin günahkarların cəzalandırılması və dəyən zərərin kompensasiya edilməsi məqsədilə Rusiya tərəfinə təqdim olunan tələblər, dövlətimizin beynəlxalq hüququn aliliyinə və ədalət prinsipinə əsaslandığını bir daha sübut edir”.


Azər Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində yer alan məqamlar baş verənlərin mahiyyətini açıq şəkildə ifadə etməklə yanaşı, həm də bu dəhşətli hadisəni ört-basdır etməyə çalışanların qeyri-insani davranışlarını, məsuliyyətsiz və cinayət tərkibli əməllərini də bütün detalları ilə ortaya qoyur:

“Azərbaycan dövləti təhqiqat və istintaqın kənar təsirlər olmadan aparılması və bütün qaranlıq məqamların ictimaiyyətə açıqlanması üçün bütün mümkün vasitələrdən istifadə edir. Şübhə yoxdur ki, məhz dövlətimizin qətiyyətli mövqeyi nəticəsində baş vermiş dəhşətli faciəyə görə məsuliyyət daşıyanlar öz layiqli cəzalarını alacaqlar”. 


Deputat qeyd edib ki, sərnişinlərin xilası naminə öz həyatlarını təhlükə altına alan, ölümün gözünə dik baxan azərbaycanli pilotların və ekipaj üzvlərinin davranışları əsl fədakarlıq və qəhrəmanlıq nümunəsidir:

“Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan pilotların və ekipaj üzvün Azərbaycnın Milli Qəhrəmanı adının verilməsi, möcüzə nəticəsində sağ qalan ekipaj üzvlərinin isə “Rəşadət” ordeni ilə təltif olunmaları Azərbaycan xalqının və dövlətinin öz qəhrəmanlarına olan həssas münasibətinin və sevgisinin təzahürüdür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu