ABŞ-nin eks-prezidenti Cimmi Karter vəfat edib.
Modern.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, o, 100 yaşında dünyasını dəyişib.
Karter dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində vəfat edib.
Karterin arvadı Rozalin 19 noyabr 2023-cü ildə 96 yaşında vəfat etmişdi.
Cimmi Karter 1924-cü ildə Corciya ştatının Plains şəhərində anadan olub.
ABŞ Hərbi Dəniz Akademiyasında təhsil alıb. O, 1946-cı ildə Rozalin Smitlə evlənib.
Siyasətə qoşulandan 14 sonra - 1962-ci ildə Karter Corciya Senatına seçilib və 1971-ci ildə ştatın qubernatoru olub.
Karter Demokrat Partiyasının liderlərindən biri olub və 1976-cı ildə prezident Cerald Forda qarşı prezident seçkilərində qalib gəlib.
C.Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb.