Modern.az

ABŞ-da matəm elan edildi

ABŞ-da matəm elan edildi

Dünya

30 Dekabr 2024, 09:51

ABŞ prezidenti Co Bayden ölkənin 39-cu prezidenti Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2024-cü il tarixini Matəm Günü elan edib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

Karterin və onun mərhum həyat yoldaşı Rozalinin ABŞ-a verdiyi töhfəni və fəaliyyətini yüksək qiymətləndirən Bayden bir sıra tədbirlər sifariş edib.

ABŞ prezidentinin sərəncamına əsasən, Ağ Evin binasında, ictimai binalarda, hərbi obyektlərdə və dəniz stansiyalarında, bütün hərbi məhkəmələrdə, səfirliklər və konsullqularda ölkə bayrağı yarıya endiriləcək. 

Xatırladırıq ki, ABŞ-ın 39-cu prezidenti Cimmi Karter dünən 100 yaşında vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi