Modern.az

Texniki baxış məntəqələri bayramda işləyəcək? - Yol polisindən açıqlama

Texniki baxış məntəqələri bayramda işləyəcək? - Yol polisindən açıqlama

30 Dekabr 2024, 10:05

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri xidmət göstərəcək.

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirlib.

Məlumata görə, bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış şöbələri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.

Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu