Modern.az

Ermənistanın saxlanılan eks-naziri buraxıldı - YENİLƏNİB

Ermənistanın saxlanılan eks-naziri buraxıldı - YENİLƏNİB

Dünya

30 Dekabr 2024, 17:17

Ermənistan Daxili İşlər Nazirliyi keçmiş müdafiə naziri Arşak Karapetyanın Moskvada saxlanıldığını, lakin tezliklə azadlığa buraxıldığını təsdiqləyib.

Modern.az xəbər verir ki, qurumun mətbuat xidmətinin “Sputnik Ermənistan” bildirildiyinə görə, bir gün əvvəl Rusiya paytaxtının mərkəzində Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə keçmiş məmur saxlanılmışdı.

Ermənistanda sabiq nazirə qarşı bir neçə maddə üzrə cinayət işi açılıb: “Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “qulluq mövqeyindən sui-istifadə”.

Ermənistan Karapetyanı dövlətlərarası axtarışa verib.

***

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada həbs edilib.

Modern.az xəbər verir ki, məlumatı "112 Telegram" kanalı yayıb.

Mənbənin sözlərinə görə, o, paytaxtın Tverskaya küçəsində saxlanılıb.

Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan bir neçə cinayət ittihamı ilə Ermənistanda axtarışa verilib.

“Ermənistanda Karapetyan Cinayət Məcəlləsinin sahibkarlıq fəaliyyətində qanunsuz iştirak, vəzifə səlahiyyətlərindən sui-istifadə və qulluq mövqeyindən sui-istifadə etmə maddələri üzrə aparılan istintaq çərçivəsində axtarışa verilib”.

Karapetyanın 57 yaşı var. 2018-2021-ci illərdə o, Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri olub. 2021-ci ilin aprel-iyul aylarında Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb, sonra iki həftə müdafiə nazirinin birinci müavini, avqustun 2-də isə müdafiə naziri təyin edilib. Karapetyan 3 ay sonra vəzifəsindən azad edilib, noyabrın 15-də Suren Papikyan nazir postunu təhvil alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi