Modern.az

Təyyarə qəzasında yaralanan daha 3 nəfər Azərbaycana GƏTİRİLDİ

Təyyarə qəzasında yaralanan daha 3 nəfər Azərbaycana GƏTİRİLDİ

Ölkə

30 Dekabr 2024, 22:20

“Azərbaycan Hava Yolların”a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ağır yaralanan 3 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Modern.az xəbər verir ki, yaralıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Həmin yaralılar "Yeni klinika"ya yerləşdiriliblər.

***

20:41

Aktaudakı təyyarə qəzasında xəsarət alan və Qazaxıstanda xəstəxanada müalicə olunan 3 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək.

Modern.az-ın məlumatına görə, onların digər yaralılar kimi "Yeni Klinika"ya yerləşdiriləcəyi gözlənilir.

Bununla da kənar müdaxilə nəticəsində AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan bütün Azərbaycan vətəndaşları Vətənə gətiriləcək.

Qeyd edək ki, bundan əvvəl 14 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək