Modern.az

Estoniya deputatlarından Azərbaycana BAŞSAĞLIĞI

Estoniya deputatlarından Azərbaycana BAŞSAĞLIĞI

Dünya

30 Dekabr 2024, 21:16

Estoniya parlamentinin Azərbaycanla Əlaqələr üzrə Deputat Qrupunun üzvləri dekabrın 25-də baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə qrup üzvləri birgə bəyanat yayıblar.

“Biz Azərbaycan xalqı ilə həmrəyik və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, - deyə deputat qrupunun üzvləri birgə bəyanatda bildiriblər.

Qeyd edək ki, Deputat qrupunun sədri Riina Solman, sədr müavini Mariya Jufereva-Skuratovskidir. Qrupa həmçinin Jaak Aab, Vadim Belobrovtsev, Zuleyxa Izmailova, Aleksey Evqrafov, Ester Karuse, Toomas Kivimagi, Aivar Kokk, Anastasiya Kovalenko-Kylvart, Lauri Laats, Andres Metsoja, Eduard Odinets, Heljo Piekhof, Raku-Ku-Ku, Aivar Syerd və Hendrik Johannes Terras daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi