Modern.az

Qonaqlı-qaralı Xankəndi - Yeni ildə turist axını var - FOTOLAR

Qonaqlı-qaralı Xankəndi - Yeni ildə turist axını var - FOTOLAR

Mədəniyyət

31 Dekabr 2024, 11:31

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi şəhərindəki Zəfər meydanında təşkil edilən “Qış nağılı” yarmarkasında bayram çoşqusu davam edir.

Modern.az xəbər verir ki, şəhər başdan-ayağa bayram əhval-ruhiyyəsi ilə bəzədilib.

Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yarmarka keçirilir. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin gənclər üçün kreativ oyunlar, master- klaslar təşkil edilib.

Bayram münasibətilə bu günlərdə Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Xüsusilə bura Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaqlar gəlir. Xankəndi  ilə tanışlıq bu gözəl diyara qonaq gələn insanlarda zəngin təəssürat yaradıb. Qonaqlar Xankəndidə “Qış nağılı” yarmarkasını ziyarət etməklə bərabər, şəhərin gəzməli, görməli yerləri ilə tanış olub şəkil çəkdirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular