Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Qardaş Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, yeni ilin Azərbaycan xalqına və bütün Türk dünyasına sülh və əmin-amanlıq gətirməsini diləyirik", - deyə paylaşımda bildirilib.