Modern.az

Daha iki dövlət şengen zonasına daxil oldu

Daha iki dövlət şengen zonasına daxil oldu

1 Yanvar 2025, 08:55

13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.

 

Modern.az xəbər verir ki, martda 2 ölkənin aeroportlarında sərhəd nəzarəti ləğv edilmişdi. Bu gün isə əlavə olaraq quru yollarında nəzarət məntəqələri yığışdırılıb.

 

1985-ci ildən formalaşan Şengen zonasına Avropa İttifaqına üzv 25 ölkə, həmçinin Aİ üzvü olmayan İsveçrə, Norveç, Finlandiya və Lixtenşteyn daxildir. Şengen sistemi bu zona daxilində 400 milyon nəfərin sərhəd nəzarəti olmadan sərbəst hərəkətinə imkan verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi