Modern.az

49 yaşlı piyadanı maşın vurub öldürdü

49 yaşlı piyadanı maşın vurub öldürdü

Hadisə

1 Yanvar 2025, 10:27

Oğuz rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kərimli kəndi ərazisində baş verib.

Rayonun Xalxal kənd sakini 1988-ci il təvəllüdlü Tural Ayaz oğlu Abdullayev idarə etdiyi avtomobillə Şəki rayonu Qayabaşı kənd sakini 1976-cı il təvəllüdlü Qalib Bəhman oğlu Hüseynovu vurub.

49 yaşlı Q. Hüseynov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU