Modern.az

Azərbaycanda minimum əməkhaqqı ARTDI

Azərbaycanda minimum əməkhaqqı ARTDI

1 Yanvar 2025, 10:50

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği yanvarın 1-dən 400 manat müəyyən edilib.

Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən indiyədək 345 manat təşkil edirdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi