Şirvan sakini bıçaqlanıb.
Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb. Şirvan sakini, 1997-ci il təvəllüdlü Abışov Nəsrəddin Rüstəm oğlu tanışı Qəmbər adlı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı döş qəfəsinin və qoltuq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.