Modern.az

Hücum edən şəxsin maşınından İŞİD bayrağı tapıldı 

Hücum edən şəxsin maşınından İŞİD bayrağı tapıldı 

2 Yanvar 2025, 00:52

Xəbər verdiyimiz kimi, ABŞ-də yanvarın 1-nə keçən gecə yerli vaxtla saat 3:15-də avtomobil izdihama çırpılıb, 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb. 

Modern.az-ın məlumatına görə, FTB hadisənin terror aktı olduğunu və Amerika əsilli hücumçunun idarə etdiyi avtomobildə İŞİD terror təşkilatının bayrağının tapıldığını açıqlayıb.

Hücum edən şəxsin adının Şəmsud Din Cabbar olduğu bildirilir.

Texas ştatından olan 42 yaşlı ABŞ vətəndaşı Cabbarın ordudan təqaüdə çıxdığı vurğulanıb.

FTB həmçinin qeyd edib ki, hücumçunun "tək hərəkət etmədiyi" qiymətləndirilib.

Hadisə zamanı istifadə edilən pikap "Ford"un elektrik mühərrikli “150 Lightning” modeli olub. Bu avtomobillər benzin mühərrikli versiyalardan daha səssizdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi