Modern.az

Mask Baydeni dövlətə xəyanətdə ittiham etdi

Mask Baydeni dövlətə xəyanətdə ittiham etdi

2 Yanvar 2025, 09:01

ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası ABŞ – Meksika sərhədindəki divar üçün materialları satmaq qərarı ilə faktiki olaraq dövlətə xəyanət edib.

Modern.az xəbər verir ki, bu barədə amerikalı biznesmen İlon Mask sosial şəbəkə hesabında bildirib.

“Yüz faiz dövlətə xəyanətdir”, – o vurğulayıb.

Milyarder bununla sosial şəbəkə istifadəçilərindən birinin Bayden dövründə ABŞ hakimiyyətinin miqrantlar üçün sərhədləri qəsdən açdığını düşündüyü paylaşımını qiymətləndirib.

Daha əvvəl CNN telekanalı məlumat vermişdi ki, ABŞ-nin Miqrasiya və Gömrük Xidməti son maliyyə ilində 271,4 min miqrantı ölkədən deportasiya edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi