İsrailin HƏMAS-a qarşı müharibəsi Fələstin anklavının demoqrafik vəziyyətinə ağır zərbə vurduğundan, Qəzzanın əhalisi 2024-cü ildə 6% - təxminən 160 min nəfər azalıb.
Modern.az xəbər verir ki, Fələstin Mərkəzi Statistika Bürosunun 2024-cü ilin sonlarında açıqladığı hesabatda, 7 oktyabr 2023-cü il tarixindən (müharibə başlayandan) bu yana təxminən 100 min Fələstinlinin Qəzzanı tərk etdiyi, İsrailin bu zolaqda hücumları nəticəsində isə 45.553 nəfər həlak olduğu bildirilib.
Hesabatda həmçinin əhalinin 96%-nin yüksək səviyyədə ərzaq təhlükəsizliyi ilə üzləşdiyi barədə də xəbərdarlıq edilib.
Qeyd edək ki, son açıqlamalara əsasən Qəzzanın əhalisi hazırda 2,1 milyon nəfərdir. 18 yaşdan kiçik bir milyondan çox uşaq isə əhalinin 47%-ni təşkil edir.
Fidan ELDAROVA