Modern.az

Tovuzda ev yandı - Kişi meyiti aşkarlandı

Tovuzda ev yandı - Kişi meyiti aşkarlandı

Hadisə

2 Yanvar 2025, 10:28

Tovuzda yanğın olub.

Modern.az-ın məlumatına görə hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki,  Aşağı Quşçu kəndindəki evin həyətində olan dəmir konstruksiyalı köməkçi tikilidə yanğın olub. 12 kvm sahəsinin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibi Rafiq  Hüseynovun qardaşı 1954-cü il təvəllüldlü Hüseynov Fazilin yanmış meyiti aşkarlanıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu