Modern.az

Çində güclü zəlzələ

Çində güclü zəlzələ

2 Yanvar 2025, 14:07

Çinin şimal-qərbindəki Ningxia Hui Muxtar Bölgəsinin paytaxtı İnçuanın Cinfeng rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.

Yeraltı təkanların dərinliyi 10 kilometrdir.

Zəlzələdən sonra xilasetmə qrupları vəziyyəti qiymətləndirmək üçün 105 canlı qüvvə və 20 maşın cəlb edib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi